57 matçdan...
Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qəbələ”yə 1:5 hesabı ilə uduzan “Zirə” tarixinin ən ağır məğlubiyyətini alıb.
Sportal.az xəbər verir ki, 2014-cü ildə yaranan paytaxt təmsilçisi bunadək keçirdiyi 57 matçda heç vaxt 4 top fərqilə uduzmayıb.
Birinci divizionda çıxış etdiyi 2014/15 mövsümünün 30 oyununda 5, cari mövsüm Topaz Premyer Liqanın 24 matçında 4, ölkə kubokundakı 2 ildə 3 oyunda 2 dəfə yenilən Zirənin eyni adlı təmsilçisi ən pis halda 3 top fərqinə üzülüb.
Bu 11 məğlubiyyətindən 6-sı bir, 4-ü iki top fərqi ilə olan klub 2015-ci il oktyabrın 17-də ilk dəfə böyükhesablı məğlubiyyət alıb. Çempionatda “Qarabağ”a 1:4 hesabı ilə uduzan bakılılar 3 top fərqi ilə yenilib. 144 gündən sonra “Zirə”nin antirekordu “Qəbələ” ilə matçda yenilənib.