XXIV tur müzakirə olundu
Azərbaycan teleməkanının populyar futbol verilişi "TOP-TOP" matrın 8-də növbəti buraxılışı ilə futbolsevərlərin görüşünə gəlib.
Sportal.az xəbər verir ki, Araz Əhmədovun bu dəfəki qonaqları "Aut.az" saytının rəhbəri Ceyhun Əzizli, “Kəpəz” klubunun futbolçusu Kərim Diniyev və FİFA hakimi Anar Salmanov olub. Canlı yayımda Premyer Liqanın 24-cu turunun görüşlərini müzakirə edən qonaqlar, həmçinin bir çox suallara aydınlıq gətirib.
“UltrAslan Azərbaycan” fan-klubunun rəhbəri olan Ceyhun Əzizlinin sensasion açıqlamalarına səhnə olan verilişdə Azərbaycan Premyer Liqasında “Neftçi”nin düşdüyü durum geniş diskussiyaya səbəb olub.
saytlarin hazirlanmasi