Avroliqada gecənin nəticələri: 8 oyuna 15 qol vuruldu

02:13 - 11 Mart 2016

"Borussiya" və "Liverpul"dan sərfəli nəticə
 
Avropa Liqasının 1/8 final mərhələsinə start verilib.
 
Sportal.az xəbər verir ki, oyunların hamısı eyni gündə baş tutub. Maraqla gözlənilən qarşılaşmalardan biri İstanbulda baş tutub. Burada “Fənərbaxça” Portuqaliyanın “Braqa” klubunu qəbul edib. Mehmet Topalın 82-ci dəqiqəsində vurduğu qol "Fənərbaxça"ya minimal hesablı qələbə qazandırıb - 1:0.
 
"Liverpul" doğma meydanda İngiltərənin digər təmsilçisi "Mançester Yunayted"i qəbul edib. Oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
 
"Bazel" (İsveçrə) – "Sevilya" (İspaniya) 0:0
 
"Borussiya" (Dortmund, Almaniya) – "Tottenhem" (İngiltərə) 3:0
Qollar: Obameyanq, 30, Roys, 62, 70
 
“Fənərbaxça” (Türkiyə) – “Braqa” (Portuqaliya) 1:0
Qol: Mehmet Topal, 83
 
“Şaxtyor” (Ukrayna) – “Anderlext” (Belçika) 3:1
Qollar: Tayson, 21, Kuçer, 24, Alves, 79 - Aşemponq, 68
 
"Atletik" (İspaniya) – "Valensiya" (İspaniya) 1:0
Qol: Qarsia, 20
 
"Liverpul" (İngiltərə) – "Mançester Yunayted" (İngiltərə) 2:0
Qollar: Staric, 20, Firimino, 74
 
"Sparta" (Çexiya) – "Latsio" (İtaliya) - 1:1
Qollar: Fridek, 13 - Parolo, 38
 
"Vilyarreal" (İspaniya) – "Bayer" (Almaniya) 2:0
Qollar: Bakambu, 4, 56
 

Xəbər xətti