“Bu, bizim üçün böyük oyunlara hazırlıqdır”
Bu gün Bakı "Hilton” otelində AFFA-nın Hesabat-Seçki Konfransı keçirilir.
Sportal.az xəbər verir ki, iclasda AFFA prezidenti Rövnəq Abdullayev bunları qeyd edib:
"Ötən illərdə Azərbaycan futbolunda böyük işlər görmüşük.Keçən ilin əlamətdar hadisələrindən biri Bakı Olimpiya Oyunlarının keçirilməsi oldu. Ölkə başçısı cənab İlham Əliyevin Olimpiya Stadionunu AFFA-nın balansına keçirməsi önəmli hadisə idi. Ötən il iki klubumuz avrokuboklarda uğurlu çıxış etdi. Hazırda klublarımızda maliyyə problemləri var. Sponsor axtarışlarına davam edirik. Xüsusi qeyd etmək istəyirəm ki, yayda Azərbaycanda 17 yaşlılardan ibarət futbolçuların Avropa Çempionatı baş tutacaq. Bu, bizim üçün böyük oyunlara hazırlıqdır. İnanıram ki, bu işin öhdəsindən lazımınca gəlməyi bacaracağıq. Bu yarışların keçirilməsində cənab prezidentimizin sərəncamları oldu. Düşünürəm ki, bu sərəncamların bizə çox xeyri dəyəcək".
saytlarin hazirlanmasi