"Yuventus" Azərbaycanda investisiya qoymağı qərara alıb"

17:25 - 11 Mart 2016

"Şəhərinizin gözəlliyinə vuruldum"
 
“Yuventus”un və Fransa millisinin sabiq hücumçusu David Trezeqenin Bakıya səfər etdiyini xəbər vermişdik.
 
Sportal.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu bu gün paytaxtımızda təşkil olunan mətbuat konfransında jurnalistlərə açıqlama verib:
 
“Bakıda olmaqdan zövq aldım. Şəhərinizin gözəlliyinə vuruldum. “Yuventus” klubu olaraq düşünürük ki, bu cür gözəl ölkədə də futbolun inkişafı üçün işlər görmək lazımdı. “Yuventus” Azərbaycanda investisiya qoymağı qərara alıb. Bizim dəstəyimiz burdakı uşaqlara da lazımdı. Ümid edirəm ki, bu layihədə uşaqlar daha çox əylənəcəklər. Bu düşərgədə “Yuventus” gələcəkdə peşəkar səviyyədə oynaya biləcək oyunçular yetişdirə bilər”.

Xəbər xətti