"Oynamağa imkan vermədilər"
Avroliqanın 1/8 final mərhələsinin "Borussiya" Dortmund - "Tottenhem" (3:0) matçından sonra London təmsilçisinin futbolçusu Kristian Eriksen maraqlı açıqlamalar verib.
Sportal.az xəbər verir ki, danimkarkalı yarımmüdafiəçi zəif oynadıqlarını bildirib:
"Çox zəif oynadıq. Pressinq edirdik, amma bacarmırdıq. Oynamağa imkan vermədilər. Topu əldə edə bilmirdik. Bizə heç bir fürsət vermədilər. Yalnız soyunub-geyinmə otağında nəfəs ala bildik".
Eriksen cavab matçının əllərindən gələni edəcəklərini bildirib:
"Avroliqa matçlarında hər şey mümkündür. Əlimizdən gələni edəəcyik".
saytlarin hazirlanmasi