"Qarabağ"ın sabiq futbolçusu Kasilyasa 2 qol vurdu VİDEO
11:37 - 13 Mart 2016
"Qarabağ"ın sabiq futbolçusundan 5 dəqiqəyə dubl
Portuqaliya çempionatında 26-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, ötən gecə “Portu” öz meydanında “Union Madeyra” ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib. Qonaqların heyətində “Qarabağ”ın sabiq futbolçusu Danilo Dias fərqlənib. Braziliyalı hücumçu matçın 62 və 67-ci dəqiqələrində İker Kasilyası iki dəfə məyus edib.