AÇ-nin son günündə 4 güləşçimiz mübarizəyə başlayır

12:11 - 13 Mart 2016

71, 75, 80 və 85 kq çəki dərəcələrində
 
Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə yarışların ilk günündə güləşçilərimiz 1 bürünc medal qazanıb. Kamran Məmmədov fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
 
Sportal.az xəbər verir ki, çempionatın son günündə yunan-Roma güləşi üzrə 71, 75, 80 və 85 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulur.
 
71 kq
1/16 final - Kristaps Kalnakarklis (LAT) - Həsən Əliyev 
 
75 kq
1/16 final - Elvin Mürsəliyev - Jevgenijs Kolcovs (LAT) 
 
80 kq
1/16 final - Rafael Samurqaşev (MNE) - Rafiq Hüseynov
 
85 kq
1/16 final - Tadeusz Mixalik (POL) - İslam Abbasov

Xəbər xətti