"Oyundan razı gəldim"
Premyer Liqanın 25-ci turunda "Neftçi" səfərdə AZAL-la 1:1 hesablı heç-heçəyə razılaşıb.
Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi"nin baş məşqçisi Vəli Qasımov jurnalistlərin suallarını cavablandırıb.
"Komandanın düzgün oyun göstərməsi mənim üçün vacibdir, komandam yaxşı oynadı, müdafiəmiz rəqibə qol imkanları yaratmağa imkan vermədi. Oyundan razı gəldim. Qol da vura bilərdik, epizodlarımız oldu, amma yararlana bilmədik.
- Bir epizodda cərimə zərbəsini Araz Abdullayevin yerinə yetirməsini istəsəniz də, standard vəziyyəti Rəhman Hacıyev yerinə yetirdi..
- Həmin epizodda düzdür, kənardan cərimə zərbəsini Araz Abdullayevin vurmasını istədim, lakin sonra gördüm ki, sol ayaqla vurmaq daha asandır, ona görə də susdum.
saytlarin hazirlanmasi