Adil Şükürov: "Buna cüzi də olsa, nail ola bilmişiksə, deməli, düzgün yoldayıq"

17:42 - 13 Mart 2016

"Komandamızda bir ailə ab-havası yaratmağa çalışırıq"

 

Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində doğma meydanda "Zirə"ni qəbul edən "Qəbələ" 1:2 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Zirə"ni baş məşqçisi Adil Şükürov "CBC Sport"a açıqlamasında bunları qeyd edib:

 

"Səfərdə qalib gəldiyimiz üçün çox şadam. Bir neçə gün öncəki 1:5 hesablı məğlubiyyətdən sonra toparlana və istədiyimiz nəticəni qazana bildik. Eyni komandaya qarşı qısa müddət ərzində bir neçə dəfə oynayanda istər-istəməz rəqibin zəif nöqtələrini yaxşı öyrənirsən. Biz də bu şansdan yararlanıb, qələbə qazandıq. Mübarizəmizi sonadək davam etdirəcəyik. Amma onu da unutmuruq ki, komandamız yenidir. Komandamızda bir ailə ab-havası yaratmağa çalışırıq. Buna cüzi də olsa, nail ola bilmişiksə, deməli, düzgün yoldayıq. "Qəbələ"yə kubok oyunlarındakı məğlubiyyətlərə gəlincə, heyətimizdə zədəlilər çox idi. Heyətimizdə, oyunlarımızda hansı dəyişikliklərin olduğunu özünüz də gördünüz. Biz bu dəfə 1:5 hesablı məğlubiyyətin qisasını almağa çalışdıq, buna da nail olduq".

Xəbər xətti