Nelson Bonilla: "Vurduğum qolları anama həsr etdim"

15:55 - 14 Mart 2016

"Çünki onun doğum günü idi"
 
Premyer Liqanın 25-ci turunda "Qəbələ"yə səfərdə iki qol vuran "Zirə"nin hücumçusu Nelson Bonilla oyunla bağlı fikirlərini bildirib.
 
Sportal.az xəbər verir ki, salvadorlu forvard vurduğu qolları anasında həsr etidiyini bildirib:
 
"Hər iki qolu anama həsr etdim. Çünki onun doğum günü idi. O, bu xüsusi günü mənimlə keçirmək üçün Salvadordan Azərbaycana gəlib".
 
Bonilla əsas məqsədlərinin çempionatı yüksək yerdə başa vurmaq olduqlarını bildirib:
 
"Çempionatda qalmaq üçün mübarizə aparırdıq. Amma indi çalışırıq ki, yuxarı pillələri tutaq".
 
Qeyd edək ki, Bonilla 10 qolla Premyer Liqanın bombardiridir.

Xəbər xətti