"Bu komandalara qarşı müdafiədə kompakt futbol oynamalıyıq"
Qazaxıstan milli komandasının baş məşqçisi funksiyasını yerinə yetirən Talqat Baysufinov martın 26-da Azərbaycana, 29-da Gürcüstana qarşı keçirəcəkləri oyun haqqında fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, yerli mətbuata açıqlama verən mütəxəssis bu sözlərə yer verib: "Ölkənin əsas komandası istənilən vaxt qələbə üçün oynamalıdır. Oyunun rəsmi və ya yoxlama oyunu olmasının fərqi yoxdur. Azərbaycan və Gürcüstan milliləri ciddi rəqiblərdir. Bu komandalara qarşı müdafiədə kompakt futbol oynamalıyıq.”
saytlarin hazirlanmasi