İstirahət bitdi
Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində keçirilən “Kəpəz” – “Xəzər Lənkəran” oyunundan (2:0) sonra istirahətə buraxılan Gəncə klubunun üzvləri bu gün bir araya gəlir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda həftəsonu “Neftçi” ilə keçiriləcək səfər oyununa Bakıda hazırlaşacaq.
“Sarı-göylər” həftəiçi hər gün saat saat 12:00-da məşqə çıxacaq. “Kəpəz” qarşıdakı matç öncəsi son məşqini görüşə ev sahibliyi edəcək “Bakcell Arena”da keçirəcək.
Qeyd edək ki, “Neftçi” – “Kəpəz” görüşü martın 19-u saat 18:00-da başlayacaq.
saytlarin hazirlanmasi