"Robert Prosineçki haqqımda xoş sözlər söyləmişdi"
“Demək olar ki, bir ildən sonra yenidən yığmaya çağırıldım. Ötən ilin martın sonunda Malta ilə görüşdə millinin heyətində ağır zədə almışdım. Uzun müddət müalicə olundum. Bərpa prosesindən sonra məşqlərə başladım, qışda “Kəpəz”dən dəvət alıb bu komandaya keçdim".
Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Namiq Ələsgərov klubun saytına açıqlamasında deyib.
Yenidən yığmaya dəvvət alması haqda danışan Ələsgərov bunları bildirib:
"Gəncə klubuna keçməyim düşərli oldu, yenidən yığmanın məşqçilər korpusunun diqqətini cəlb etdim. Robert Prosineçki Gəncədə oyunumu izlədikdən sonra haqqımda xoş sözlər söyləmiş, belə davam edəcəyim təqdirdə yığmaya dəvət alacağımı bildirmişdi. Təbii ki, bunun üçün sevinirəm”.
saytlarin hazirlanmasi