"Dəvət alacağımı gözləyirdim"
“Əvvəlcə deyim ki, bu bayram günləri mənim üçün ikiqat sevincli oldu. Ötən tur həm qələbə qazandıq, həm də millinin düşərgəsinə dəvət aldım”.
Sportal.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Tərlan Quliyev klubun rəsmi saytına açıqlamasında deyib.
Müqavilə ilə “Qarabağ”a məxsus olan 23 yaşlı müdafiəçi milli komandaya dəvət almasından danışıb. O, baş məşqçi Robert Prosineçkidən dəvət gözlədiyini bildirib:
“Yığmanın baş məşqçisi oyunlara baxıb, futbolçuları heyətə dəvət edir. Robert Prosineçkinin milliyə gəlişindən sonra üçüncü dəfədir ki, komandaya çağırılıram. Açığı, dəvət alacağımı gözləyirdim. Son oyunlarda “Kəpəz”in uğurlu çıxışı və bunda az da olsa, mənim də əməyimin olması yığmaya yolumu açmışdı. Hər şey göz qabağındadır. “Kəpəz”dən tək mən yox, digərləri də yığmaya namizəddir”.
saytlarin hazirlanmasi