Komanda növbəti məşqinə çıxdı
"Kəpəz" Premyer Liqanın XXVI turunda qarşılaşacağı "Neftçi" ilə oyunun hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, komanda həftəlik plan üzrə derbiyə hazırlaşır. "Sarı-göylər"in heyətində zədəli və cəzalı futbolçuların olmaması məşqçilər korpusunu sevindirən məqamlardandır. “Xəzər Lənkəran”a qarşı matçdan sonra yüngül zədəsi olan kapitan Tural Axundovun artıq vəziyyəti yaxşıdır və onun səfər görüşündə iştirakı sual doğurmur.
Sarı vərəqə limiti səbəbindən Lənkəran təmsilçisi ilə oyunu buraxan Şəhriyar Əliyev ilə Şəhriyar Rəhimov da cəza müddətini başa vurub və “Neftçi” ilə matçda Gəncə klubuna kömək edə biləcək.
saytlarin hazirlanmasi