Millimizlə oyunöncəsi hərbidən çağırış vərəqəsi aldı

00:19 - 17 Mart 2016

Qazaxıstan millisinin qolkiperi əsgərliyə çağrılır
 
Martın 26-da Türkiyənin Antalya şəhərində milli komandamızla yoxlama oyunu keçirəcək Qazaxıstan milli komandası əsas qapıçısı Stanislav Pakatilovanın xidmətindən məhrum ola bilər.
 
Sportal.az xəbər verir ki, buna səbəb 24 yaşlı qolkiperin hərbi xidmətə çağırılmasıdır.  Hazırda Rusiyanın "Rostov” klubunun şərəfini qoruyan əlcək sahibinə Urals şəhərinin hərbi komissarlığı tərəfindən çağırış vərəqi göndərilib.  Çağırış vərəqəsində Pakatilovanın martın 20-si səhər saatlarında hərbi komisarlığa gəlməsi tələb olunur. 
 
Əlavə edək ki, gənc əlcək sahibi ötən ildən etibarən ölkəsinin əsas yığmasına dəvət alır. 

Xəbər xətti