Bülent Korkmaz Avropa çempionatını izləmək üçün Bakıya gəlir

00:34 - 17 Mart 2016

Mütəxəssis "Qalatasaray"la razılığa gələ bilməyib
 
Xəbər verdiyimiz kimi, türkiyəli mütəxəssis Bülent Korkmaz “Qalatasaray”la anlaşa bilməyib.O, müqavilə müddətinə görə İstanbul klubu ilə razılığa gəlməyib. 
 
Sportal.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya danışan Korkmaz bunları deyib: “Müqavilə müddətinə görə “Qalatasaray”la anlaşmadıq. Çünki biz daha uzun müddətə işləmək istəyirdik. Bu klub mənim çörək yediyim, məni Bülent Korkmaz edən klubdur. Ona görə də heç bir şey deyə bilmərəm. Sadəcə anlaşa bilmədik”.
 
Çalışdırıcı Bakıya gəlmək planlarından da danışıb:
 
“Bakıya gəlmək planı hələ də qüvvədədir. Sadəcə “Qalatasaray”la danışıqlar getdiyi üçün gəlməmişdik. U-17 Avropa çempionatını izləmək üçün may ayında qardaş ölkəyə gələcəyik”.

Xəbər xətti