Robert Prosineçki: "Finalda "Barselona" və "Bavariya"nı görmək istəyirəm"

11:29 - 17 Mart 2016

"Barselona"nın qarşısını yalnız "Bavariya" ala bilər"
 
Millimizin baş məşqçisi Robert Prosineçki sabiq komandası “Barselona”nın oyunundan danışıb.
 
Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis katalon klubu üçün yeganə rəqib “Bavariya”nı görüb. 
 
Robert Prosineçki bildirib ki, indiki halda ispanların qarşısını yalnız “Yuventus”la çətin oyunda qalib gələn Münhen təmsilçisi ala bilər:
 
“Barselona” mükəmməl komandadır. Son 10 illikdə daim zirvədə yer alırlar. Onların qarşısını yalnız “Bavariya” ala bilər. “Barselona” əla heyətə malikdir və çox gözəl futbol oynayır. Çempionlar Liqasının finalında “Barselona” və “Bavariya”nı görmək istəyirəm. Ümid edirəm ki, belə də olacaq”.

Xəbər xətti