"Ələsgərovun formaya düşməsində komandamızın rolu oldu"
“Kəpəz”in iki futbolçusu Tərlan Quliyev ilə Namiq Ələgərovun əsas milli komandaya çağırılması futbolçuların özü kimi baş məşqçi Şahin Diniyevin də sevincinə səbəb olub.
Sportal.az xəbər verir ki, Diniyev yetirmələrinin yığmaya dəvət olunması ilə bağlı klubun saytına fikirlərini belə bölüşüb:
“Klubumuzdan iki futbolçunun milliyə çağırılması sevindiricidir. Xüsusən də, Namiqin uzun müddətdən sonra yenidən yığmaya qayıtması qeyd olunmalıdı. Bu işdə futbolçu kimi “Kəpəz”in də zəhməti var. Ələsgərovun bərpa olunmasında, formaya düşməsində komandamızın rolu oldu. Futbolçu özü də bunu vurğulayır. Məşqçi kimi mən də onun bu uğuruna şadam. “Kəpəz”in uğurlu çıxışı futbolçularımızın milliyə yolunu açdı, bu, bizim üçün çox xoşdu. Deməli, işimizi uğurlu saymaq olar, əsas Azərbaycan futbolunun inkişafıdır və bu yolda da Gəncə klubu öz töhvəsini verməyə çalışır”.
saytlarin hazirlanmasi