Elvin Əliyev də sıradan çıxdı
Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində "Rəvan" "Sumqayıt"ı qəbul edir.
Sportal.az xəbər verir ki, meydan sahibləri oyunun 50-ci dəqiqəsində növbəti ciddi itki ilə üzləşib. "Aslanlar"ın müdafiəçisi Elvin Əliyev zədələnib və oyunu davam etdirə bilməyib. Təcrübəli futbolçu birbaşa xəstəxanaya aparılıb.
32 yaşlı müdafiəçinin əvəzinə meydana Cəmşid Məhərrəmov daxil olub.
Xatırladaq ki, "Rəvan"ın heyətində ilk hissədə Saşa Yunisoğlu da zədələnərək meydanı tərk etmişdi.
saytlarin hazirlanmasi