Bəhmən Həsənov: "Oyunda üstünlük bizim tərəfimizdə idi"

23:31 - 18 Mart 2016

"Məğlub olmağa layiq deyildik"
 
Azərbaycan Premyer Liqasının XXVI turunda "Rəvan” doğma azarkeşləri önündə "Sumqayıt”ı qəbul edib. Qarşılaşma qonaqların 2 - 1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov qarşılaşma barədə danışıb: 
 
"Çox üzüldüm. Məğlub olmağa layiq deyildik. Biz "Sumqayıt”ın gücünü nəzərə almışdıq. Müdafiəçilərimizin səhvi nətiəsində iki qol buraxdıq. Saşa və Elvin Əliyevin zədə alması bizim planlarımızı pozdu. Düşünürəm ki, oyun pis alınmadı. Çox təəssüf edirəm ki, belə mübarizədə məğlub olduq.  Penalti epizodumuz verilmədi. Belə haqsızlıq olmaz. Oyunda üstünlük bizim tərəfimizdə idi. Amma olacağa çarə yoxdu. Bundan sonrakı oyunları düşünürəm." 
 
- Elvin Əliyev xəstəxanaya aparıldı...
- Elvinin çiyin nahiyəsindən qolu çıxıb. Böyük ehtimalla əməliyyat olunacaq. Saşanın da durumu yaxşı deyil.  Növbəti oyunlar üçün ciddi itkilərimiz var. 

Xəbər xətti