"Müəyyən tədbir görəcəyik"
Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Neftçi"nin qonağı olan "Kəpəz" 3:2 hesablı qələbə qazanıb:
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Vəli Qasımov bunları qeyd edib:
- "Neftçi”nin qələbəsini nə vaxt görəcəyik?
-Bu gün qələbə qazana bilərdik. Amma alınmadı. Bu gün çox yaxşı oynasaq da bəxtimiz gətirmədi. "Kəpəz”i təbrik edirəm. Amma, məğlubiyyətə layiq deyildik.
- Aylton səhv etdiyi hər oyunda meydanda olur. Onu ehtiyatda saxlaya bilmirsiniz?
-Bu barədə danışmaq istəmirəm. Sadəcə, komandada o mövqeyə ən ideal futbolçu odur.
- Məhəmməd Qurbanovu əvəzləmək istəsəniz də fikrinizdən vaz keçdiniz. Məhz həmin anda Məhəmməd etiraz etdi. Bunun səbəbi nədir?
- Mən onun etirazını görmədim. Əgər belə bir şey olubsa müəyyən tədbir görəcəyik.