Ebah cəzalı duruma düşüb
Premyer Liqanın XXVII turunda doğma meydanında "Zirə”ni qəbul edəcək "Kəpəz” qarşılaşmaya ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin aparıcı forvardı Julien Ebah "Zirə” ilə qarşılaşamada komandasına kömək edə bilməyəcək. Buna səbəb kamerunlu futbolçunun cəzalı duruma düşməsidir. Belə ki, Premyer Liqanın XXVI turunda baş tutan "Neftçi” – "Kəpəz” (2:3) oyununda sarı vərəqə alan futbolçu mövsüm ərzində 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb.
Qeyd edək ki, "Kəpəz” – "Zirə” oyunu martın 30-da baş tutacaq.
saytlarin hazirlanmasi