"Hazırda hər-hansı rəsmi təklif almamışam"
"Çox çətin oyun oldu. İstəyimiz "Sumqayıt”dan xal almaq idi. Xal ehtiyatımızı artırmaq üçün ümidimiz "Sumqayıt”a idi. ”
Sportal.az xəbər verir ki, bu sözlər "Rəvan”ın və 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Rəşad Əzizliyə aiddir. Premyer Liqanın XXVI turunda "Sumqayıt”a məğlubiyyətdən sonra (2-1) saytımıza açıqlama verən gənc qolkiper komandasının çıxışını dəyərləndirib: "Biz gənc futbolçularıq. Komandamız axırıncı yerdə olsa belə, özümüzü göstərməyə çalışırıq. Oynayıb, xal toplayıb, komandamızı sonuncu pillədən qurtarmaq istəyirik. İnanıram ki, bunu bacaracağıq. ”
Azərbaycan milli komandasının qapıçı-məşqçisi Faiq Əzizovun oğlu olan Rəşad son zamanlardakı uğurlu oyunu və yeni təkliflər barədə danışıb: "Özümə göstərilən inamı oyunumla doğrultmağa çalışıram. Bunun necə alınacağına isə özüm qiymət verə bilmərəm. Hazırda hər-hansı rəsmi təklif almamışam. Yaxşı komandadan təklif almaq, özümü göstərmək istəyirəm. İnşallah hər şey yaxşı olacaq".
21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü yığmamızın bir neçə gün sonra rusiyalı həmyaşıdları ilə qarşılaşacaqları oyun barədə danışıb: "Bizə Rusiya ilə oyunda 1 xal da kifayət edir. Səfərdən üzüağ qayıtmaq istəyirik. Məğlubiyyət haqqında düşünmürük. Ən azından 1 xal üçün Rusiyaya gedirik. ”
saytlarin hazirlanmasi