"Kəpəz"in əvəzediciləri də "Neftçi"ni səfərdə məğlub etdi

18:53 - 20 Mart 2016

Qarşılaşmada 3 qol
 
Bu gün keçirilən “Neftçi” – “Kəpəz” oyunu ilə əvəzedici heyətlərin ölkə birinciliyində 26-cı tura yekun vurulub.
 
Sportal.az xəbər verir ki, səfərdə əzəli rəqibini 2:1 hesabı ilə məğlub edən gəncəlilər turnir cədvəlinin 3-cü pilləsindəki mövqeyini möhkəmləndirib.
 
“Neftçi” - “Kəpəz”  1:2
Qollar: Ruzigar İbrahimzadə, 18 - Fərid Məmmədov, 48. Sahib Abbasov, 55.

Xəbər xətti