İtaliya yığması da Bakıya gələcək

01:25 - 21 Mart 2016

2-ci vəsiqənin sahibi məlum olub
 
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin elit-raundunda daha bir qrupun oyunları yekunlaşıb.
 
Sportal.az xəbər verir ki, 3-cü qrupda Bosniya və Herseqovina, Rusiya və Gürcüstan yığmalarını geridə qoyan İtaliya komandası bu mərhələni 1-ci pillədə başa vuraraq mayın 5-dən 21-dək Bakıda keçiriləcək Avropa çempionatına vəsiqə qazanıb.
 
Xatırladaq ki, daha əvvəl elit-raundun 8-ci qrupunda 1-ci yeri tutan Belçika yığması final mərhələsinə vəsiqəni təmin etmişdi.

Xəbər xətti