Lısçov kənarda qaldı
Rusiyanın U-21 yığmasının AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəyi oyun üçün açıqlanmış heyətində dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, Portuqaliyanın "Benfika" klubunun müdafiəçisi Vitali Lısçov zədəli olduğu üçün heyətdən kənarda qalıb. Lısçovun əvəzində yığmaya Moskva "Spartak"ının üzvü Aleksendr Zuyev dəvət olunub.
Qeyd edək ki, Rusiya - Azərbaycan matçı martın 24-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
saytlarin hazirlanmasi