18 yaşlı forvard Runinin rekordunu yenilədi

17:49 - 21 Mart 2016

Reşford ən gənc futbolçu oldu
 
“Mançester Yunayted”in  hücumçusu Markuş Reşford Mançester derbisində qol vuran ən gənc futbolçu olub.
 
Sportal.az xəbər verir ki, 18 yaşlı forvard Premyer Liqanın 31-ci turunda “Mançester Siti” ilə səfər qarşılaşmasında komandasının yeganə və qələbə qoluna imza atıb.
 
Bununla da o, Ueyn Runinin rekordunu yeniləyib. Runi 2005-ci ildə 19 yaşında olarkən vurduğu qolla bu rekorda yiyələnmişdi.

Xəbər xətti