İtaliya və Belçikadan sonra Portuqaliya yığması da Azərbaycana gələcək

00:44 - 22 Mart 2016

Daha bir vəsiqənin sahibi məlum oldu
 
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin elit-raundunda daha bir qrupun oyunları yekunlaşıb.
 
Sportal.az xəbər verir ki, 5-ci qrupda mübarizə aparan Portuqaliya millisi İsveç, Uels və Xorvatiyaya qarşı keçirdiyi hər 3 oyunu qələbəylə başa vuraraq, mayın 5-dən 21-dək Bakıda təşkil ediləcək qitə birinciliyinə vəsiqə qazanıb. 
 
Portuqaliyadan öncə İtaliya və Belçika milliləri də ölkəmizdə təşkil ediləcək Avropa çempionatında iştirak hüququ əldə etmişdi. 

Xəbər xətti