250-ci matçı
Azərbaycan Premyer Liqasının XXVI turunun “Neftçi” ilə qarşılaşması “Kəpəz” üçün ikiqat əlamətdar olub.
Sportal.az xəbər verir ki, birincisi, qərblilər paytaxt klubu ilə oyunlarda qələbəsiz oyunlar seriyasına son qoyub. Gəncə təmsilçisi “ağ-qaralar”ı ölkə çempionatında sonuncu dəfə 2005-ci il sentyabrın 18-də məğlub etmişdi. 3835 günlük həsrətə son qoyan “Kəpəz” həmin qələbəsini də səfərdə, Şahin Diniyevin baş məşqçiliyi altında qazanmışdı. Həmin 2:1 hesablı qələbədən sonra keçirilən 9 oyunda gəncəlilər 3 heç-heçə edib, 6 məğlubiyyət almışdı.
“Neftçi” üzərində qələbə həm də yubileylə əlamətdar olub. Belə ki, “Kəpəz” ölkə çempionatları tarixində 250-ci qələbəsinə sevinib. 1992-ci ildən fasilələrlə Premyer Liqada çıxış edən qərblilər 250-yə 508-ci matçında çatıb. “Kəpəz” 163 dəfə evdə, 83 dəfə səfərdə, 4 dəfə neytral meydanlarda 3 xal əldə edib. Yubilyar klub qələbə sayında “Turan”a çatıb. Hər iki Qərb klubu bu göstəricidə yalnız “Neftçi” və “Qarabağ”dan geri qalır.
saytlarin hazirlanmasi