"Zirə" erkən başlayır

14:44 - 22 Mart 2016

XXVII tur üçün...

 

Premyer Liqanın XXVI turunda doğma meydanda AZAL-ı 4:2 hesabı ilə məğlub edən "Zirə" istirahətə buraxılıb.

 

Klubdan Sportal.az-a verilən məlumata görə, komanda sabahdan etibarən məşqlərə start verir. Lakin, hazırlıqlar tam heyətlə start götürməyəcək. Belə ki, Elvin Məmmədov, Adil Nağıyev, Sadiq Quliyev, Vüqar Mustafayev və komandanın legioneri Nelson Bonilla millilərin oyunu əlaqədar hazırlıqlarda iştirak edə bilməyəcəklər.

 

Qeyd edək ki, "Zirə" Premyer Liqanın XXVII turunda martın 30-u "Kəpəz"in qonağı olacaq.

Xəbər xətti