Premyer Liqamızın bombardiri "Kəpəz"lə oyunu buraxacaq

16:26 - 22 Mart 2016

Səbəb milli komandanın toplanışında olmasıdır
 
Premyer Liqamızın XVII turunda "Kəpəz"in qonağı olacaq "Zirə" bu matça ciddi itki ilə çıxacaq.
 
Sportal.az xəbər verir ki, komandaın və bu mövsümün ən sərrast futbolçusu Nelson Bonilla komandasına kömək edə bilməyəcək. Buna səbəb isə futbolçusunun dəvət aldığı Salvador millisinin DÇ-2018 seçmə mərhələsində martın 29-da Hondurasla oyunun olmasıdır. Bonilla isə bu oyundan 1 gün sonra martın 30-u Bakıya qayıdacaq.
 
Qeyd edək ki, "Kəpəz" - "Zirə" matçı martın 30-da baş tutacaq.

Xəbər xətti