Cavab matçıöncəsi sərfəli nəticə
Futzal üzrə Azərbaycan yığması Kolumbiyada keçiriləcək DÇ-2016-nın final mərhələsinə vəsiqə qazanmaq üçün ilk pley-off matçına çıxıb.
Sportal.az xəbər verir ki, millimiz mundiala vəsiqə qazanmaq üçün Hollandiya yığmasını yolundan kənarlaşdırmalıdır. Tino Peresin çalışdırdığı komandamız bu rəqibə qarşı ilk oyununu səfərdə keçirib. Amma buna baxmayaraq, futzalçılarımız səfər matçında inamlı qələbə qazanmaqla, dünya çempionatına vəsiqənin taleyinə demək olar ki, aydınlıq gətiriblər.
Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı aprelin 12-də Bakıda baş tutacaq.
Hollandiya - Azərbaycan 1:5
Qollar: El-Qannuti, 10 - Amadeu, 5,29, Fineo, 13, Auqusto, 28, V.Borisov, 31.
saytlarin hazirlanmasi