"Norviç Siti"nin forvardı terror zamanı Brüssel aeroportunda olub

01:23 - 23 Mart 2016

Futbolçu xəsarət almayıb
 
İngiltərənin “Norviç Siti” klubunun hücumçusu Dyemersi Mbokani də Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən "Zaventem" hava limanında baş verən terror zamanı orada olub.
 
Sportal.az xəbər verir ki, xoşbəxtlikdən futbolçu xəsarət almayıb.Konqolu futbolçu baş verənlər haqda açıqlama verməkdən imtina edib.

Xəbər xətti