"Növbəti mərhələ mümkünsüzdür"
Xəbər verdiyimiz kimi, futzal üzrə dünya çempionatının pley-off mərhələsi çərçivəsində səfərdə Hollandiyanın qonağı olan millimiz 5:1 hesabı ilə inamlı qələbə qələbə qazanıb.
Sportal.az xəbər verir ki, oyundan sonra Hollandiya yığmasının baş məşqçisi Marsel Lusvild bunları qeyd edib:
"Matçın birinci hissəsində mən bu rəqiblə mübarizə apara biləcəyimizi düşünməyə başlamışdım. Amma sonradan vəziyyətin dəyişdiyini gördüm. Çoxlu səhvlərə yol verdik. Komandalar arasındakı fərq ondadır ki, rəqibin heyətində peşəkarlar çıxış edir. Bizim uşaqlar da yaxşı oynayırlar. Amma Azərbaycan yığmasındakılar əsl peşəkarlardır. Artıq bizim hədəfimizə çatmağımız - dünya çempionatına vəsiqə qazanmağımız demək olar ki, mümkünsüzdür. Səfər matçında da əlimizdən gələni etməyə çalışacağıq. Amma hesab arasındakı fərq kifayət qədər böyükdür".
saytlarin hazirlanmasi