Azərbaycanlı futbolçu həyat yoldaşını döyüb?

16:26 - 23 Mart 2016

Əliyevin adı növbəti qalmaqalda
 
Kiyev “Dinamo”su və Ukrayna millisinin sabiq oyunçusu, əslən azərbaycanlı olan Aleksandr Əliyev sərxoş vəziyyətdə həyat yoldaşını döyüb.
 
Sportal.az xəbər verir ki, hadisə fevral ayında baş versə də, Ukrayna mediası bundan indi xəbər tutub. Bildirilib ki, insident səbəbindən A.Əliyev saxlanılaraq polis idarəsinə gətirilib. Tibbi müyinədən sonra məlum olub ki, A.Əliyevin həyat yoldaşı Tatyananın başından zədə alıb, çənəsi qırılıb. A.Əliyev polisə ifadə verməkdən imtina edib. Onun xanımı isə ifadəsində bildirib ki, bir neçə dəfə uşaqlarının gözü qarşısında əri tərəfindən döyülüb.
 
Futbolçu özü hadisə ilə bağlı açıqlama verərək məlumatı təkzib edib və Tatyana ilə hazırda yaxşı münasibətdə olduğunu bildirib.
 
T.Əliyeva isə bu haqda danışmaq istəmədiyini söyləyib: "Bu, mənim şəxsi həyatımdır". O, insidentlə bağlı məlumatı mətbuata ötürdüyünə görə polisi qınayıb.  
 
Qeyd edək ki, A.Əliyev və Tatyana 2007-ci ildə evləniblər. Onların bu nigahdan iki övladı var. 

Xəbər xətti