"Sumqayıt" itki ilə başladı

00:38 - 24 Mart 2016

Həsənalızadə məşqlərə qoşulmayıb
 
Premyer Liqanıb 26-cı turunda "Rəvan" üzərində 2:1 hesablı qələbədən sonra istirahətə buraxılan "Sumqayıt" dünən doğma şəhərdə məşqləri bərpa edib.

Sportal.az xəbər verir ki, Ağabala Ramazanov və Səlahət Ağayev əsas mili komanda, Tərlan Əhmədli isə 21 yaşlılardan ibarət milli komandanın heyətində olduqları üçün komandadan ayrı qalıb. Digər itki isə "Rəvan"la matçda zədələnərək matçı yarımçıq tərk edən Bəxtiyar Həsənalızadədir. O, hələ ki, komandayla məşqlərə başlamayıb. Müdafiəçinin Premyer Liqanın 27-ci turunda "Xəzər Lənkəran"a qarşı oynayıb-oynamayacağı hələlik məlum deyil.

Xəbər xətti