Baptistanın yeni klubu müəyyənləşdi

10:40 - 24 Mart 2016

"Orlando Siti" ilə müqavilə imzaladı
 
Braziliya millisinin sabiq hücumçusu Julio Baptista özünə yeni klub tapıb.
 
Sportal.az xəbər verir ki, 34 yaşlı forvard MLS liqasında mübarizə aparan "Orlando Siti" ilə müqavilə imzalayıb. Klubun saytında Baptista ilə müqavilənin şərtləri yazılmayıb.
 
Qeyd edək ki, Julio Baptista karyerasında "Sevilya", "Real" Madrid, "Arsenal", "Roma" və "Malaqa" kimi klublarda çıxış edib.

Xəbər xətti