Bəxtiyar Həsənalızadə "Sumqayıt"a "Xəzər Lənkəran"la matçda kömək edə biləcək?

11:51 - 24 Mart 2016

Ayağında ağrılar hiss edir
 
"Sumqayıt"ın müdafiəçisi Bəxtiyar Həsənalızadənin "Rəvan"la oyunda zədələnməsi haqda məlumat vermişdik.
 
Sportal.az xəbər verir ki, Həsənalızadə komanda ilə birgə məşq edə bilmir. 24 yaşlı futbolçu ayağında ağrılar hiss edir. Bəxtiyar Həsənalızadənin Premyer Liqanın 27-ci turunda keçiriləcək "Sumqayıt" - "Xəzər Lənkəran" matçında komandasına kömək edə bilməyəcəyi gözlənilir.
 
Qeyd edək ki, "Sumqayıt" - "Xəzər Lənkəran" matçın martın 30-u keçiriləcək.

Xəbər xətti