"Poli Timişoara"ya baş məşqçi təyin edildi
Rumıniyanın "Poli Timişoara" klubu baş məşqçi Florin Marinlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bundan sonra komandaya "Qəbələ"nin sabiq baş məşqçisi Dorinel Muntyanu rəhbərlik edəcək.
"Poli Timişoara" bu mövsüm 26 oyundan sonra 25 xal toplayıb avrokuboklara vəsiqə uğrunda şansını itirib.
Qeyd edək ki, Muntyanu 2014-cü ilin iyununda "Qəbələ" ilə bir illik müqavilə imzalamışdı və həmin ilin dekabr ayında onunla yollar ayrılıb.
saytlarin hazirlanmasi