"Kəpəz"dən ayrılan hücumçunun yeni komandası məlum oldu

00:13 - 25 Mart 2016

Sitnik karyerasını Ukraynada davam etdirəcək
 
"Kəpəz"in sabiq hücumçusu Aleksandr Sıtnik özünə yeni klub tapıb.

Sportal.az xəbər verir ki, o, Ukraynanın "Qornyak" klubuna keçib.Krivoy Roq təmsilçisi artıq onu Ukrayna Futbol Federasiyasında qeydiyyatdan da keçirib.
 
Qeyd edək ki, Sıtnik mövsümün birinci yarısını "Kəpəz"də keçirmişdi.

Xəbər xətti