"Bizə Azərbaycan millisinin zəif və güclü cəhətlərini göstəriblər"

12:41 - 25 Mart 2016

"Böyük nəsil dəyişikliyi baş verib"

 

Xəbər verdiyimiz kimi, Antalyada təlim-məşq toplanışında olan millimiz sabah Qazaxıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.

 

Sportal.az xəbər verir ki, Qazaxıstan millisinin təcrübəli qolkiperi David Loriya oyunöncəsi fikirlərini bölüşüb:

 

"Azərbaycan millisi ilə əvvəl keçirdiyimiz oyunları xatırlayıram. İndi komandaya nəzr saldıqda böyük nəsil dəyişikliyi olduğunu görmək olar. Bizə onların zəif və güclü cəhətlərini göstəriblər. Təxminən necə bir rəqiblə qarşılaşacağımızı başa düşürük. Türkiyədə birgə oynadığım azərbaycanlı futbolçular olub. Amma mənim bildiyimə görə, onlar indi yığmada yer almırlar".

Xəbər xətti