Stadionda partlayış
İraqda daha bir terror aksiyası baş verib.
Sportal.az xəbər verir ki, terrorçular bu dəfə stadionda partlayış törədib. Hadisə Bağdadın cənubundakı Asriyə kəndindəki stadionda baş verib. Yerli komandalar arasında oyunun sonunda - kubokun verilməsi zamanı azarkeşlər arasındakı "canlı bomba" özünü partladıb.
İlkin məlumatlara görə, partlayış nəticəsində 29 nəfər həlak olub, 60-dan çox insan isə yaralanıb.
saytlarin hazirlanmasi