Sonuncu dəfə "Real"la matçda baş vermişdi
Argentina millisinin futbolçusu Lionel Messi "DÇ-2018"in seçmə mərhələsində Çili ilə oyunda antirekorda imza atıb.
Sportal.az xəbər verir ki, o, sözügedən matçda 90 dəqiqə meydanda olduğu matç ərzində heç bir dəfə də olsun qapıya zərbə vura bilməyib. Bu, L.Messi üçün klub və milli səviyyəsində 117 oyundan sonra ilk uğursuzluq olub. Belə ki, o, sonuncu dəfə 16 aprel 2014-cü ildə "Real"a qarşı oyunda qapıya zərbə vura bilməmişdi.
Qeyd edək ki, Çili - Argentina görüşü 2-cilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi