DÇ-2018
"Zirə"nin futbolçusu Nelson Bonillanın şərəfini qoruduğu Salvador millisi DÇ-2018-n seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, yığma doğma meydanda Hondurasla qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Bonilla bu matçda 90 dəqiqə meydanda olub və 89-cu dəqiqədə komandasının bərabərlik qolunu vurub.