"Bizim futbolçular heç də geri qalmırlar"
Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində millimiz Qazaxıstan yığması ilə qarşılacaq.
Sportal.az xəbər verir ki, Qazaxıstan yığmasının baş məşqçisi Nurken Mazbayev oyunöncəsi fikirlərini bildirib:
"Rəqibin əvvəlki oyunlarında güclü və zəif cəhətlərini müəyyənləşdirmişik. Yoxlama oyunu olsa da, hər halda rəqibi öyrənmək məşqçilər korpusunun işinin bir hissəsidir. Azərbaycan yığmasında ciddi dəyişiklər var. Dmitri Nazarovun Almaniya klubunda çıxış etdiyini də bilirik. Azərbaycan futbolunda inkişafın olduğunu bilirik. Amma fikrimcə, bizim futbolçular səviyyə baxımından onlardan heç də geri qalmırlar".
saytlarin hazirlanmasi