Nelson Bonilla: "Vurduğum qol baxımlı alındı"

15:28 - 26 Mart 2016

"Özümə inanırdım"
 
"Zirə"nin hücumçusu Nelson Bonilla Salvador - Honduras (2:2) matçından sonra "NBC Sports"a açıqlama verib:
 
Sportal.az 25 yaşlı forvard vurduğu qoldan sonra özünü xoşbəxt hiss etdiyini bildirib:
 
"Oyunda qalib gələ bilərdik. Bu hesab bizi qane etmir. Amma yaxşıdır ki, məğlub olmadıq. Vurduğum qol baxımlı alındı. Özümə inanırdım. Milliyə 1 xal qazandırdığım üçün çox xoşbəxtəm. Hondurasla növbəti oyunda bundan da yaxşı oynamalıyıq və qalib gəlməliyik".
 
Xatırladaq ki, Nelson Bonilla Hondurasla matçda 90 dəqiqə meydanda olub və 89-cu dəqiqədə komandasının bərabərlik qolunu vurub.

Xəbər xətti