"Azərbaycan yığmasının oyununu yaxşı analiz edə bilmişdik"

03:00 - 27 Mart 2016

"Amma bizim futbolçular hər şeyə hazır idilər"
 
Qazaxıstan yığmasının məşqçisi Talqat Baysufinov Antalyada (Türkiyə) Azərbaycan yığması üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib.
 
Sportal.az xəbər verir ki, baş məşqçi bu oyuna yaxşı hazırlaşdıqlarını vurğulayıb:
 
"Bir halda ki, nəticə var, deməli, biz uşaqlara lazım olan informasiyanı verə bilmişik. Uşaqlar göstərdilər ki, ölkənin ən yaxşı futbolçularıdırlar. Bunu həm oyun, həm də psixoloji planda demək olar. Bizə çox xoşdur. Azərbaycan yığmasının oyununu yaxşı analiz edə bilmişdik. Meydanda demək olar ki, gözlədiyimiz oyunçuları gördük. Matçdan öncə rəqibin bütün güclü və zəif cəhətlərini uşaqlara çatdırmışdıq. Rəqib futbolçular meydanda bir-birini yaxşı başa düşürdü, topa yaxşı nəzarət edirdilər. Amma bizim futbolçular hər şeyə hazır idilər. Çox güclü pressinq taktikası seçdik, uşaqlar da bütün tapşırıqları yerinə yetirdilər".

Xəbər xətti