"Komandamızın heyətində edilən əvəzetmələrin hamısı öncədən planlaşdırılmışdı. Mən meydana çıxdığım anda da hər şey plana uyğun davam edirdi. Hesab arasındakı fərqi artırmaq üçün çox yaxşı imkanım oldu. Rəqib topu itirdi, mən də onu ələ keçirib, irəlilədim. Qapıya təxminən 20 metr məsafə qaldığını görüb, zərbə endirdim. Amma bəxtim gətirmədi. Rəqibin heyətində 7 nömrəli futbolçu (Araz Abdullayevi nəzərdə tutur) xoşuma gəldi. Çox texnikalı futbolçudur. Biz bu oyunda intizamın sayəsində qələbə qazandıq. Məşqçilər korpusunun bütün tapşırıqlarını yerinə yetirdik".